"Fransa Ermənistanı fəlakətə aparır" - Politoloq

Azərbaycan və Ermənistan arasındakı gərginliyin artmasına meyilli olan Fransa regionda sülhün əldə olunmasına mane olmaq üçün əlindən gələni edir. Buna Fransanın gizlin və ya açıq yollarla Ermənistana göndərdiyi hərbi yardım əyani sübutdur. Bəs Fransanın bu hərəkəti politoloqlarımız tərəfindən necə dəyərləndirilir?

Bu barədə Mətbuat.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Fransanın Ermənistanı silahlandırması bölgədə gərginliyi artıran bir məsələdir:

"Dəfələrlə istər Azərbaycanı, istərsə də, Cənubi Qafqazın qonşu ölkələrinin - Türkiyənin, Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Fransa və Ermənistanın əlaqələri hərbi müstəvidə davam edir.

Ermənistanın sözlərinə görə, bu, müdafiə məqsədi güdür, amma sonuncu artilleriya qurğularının alınması ilə bağlı danışıqlardan sonra bəlli oldu ki, yardım müdafiə xarakteri daşımır, hücum xarakteri daşıyır. Fransanın bu addımı Ermənistanı fəlakətə aparır. Nə Paşinyanı, nə də onun komandasının üzvlərini Ermənistan xalqı düşündürmür. Buna görə də, onlar bu əlaqələri davam etdirirlər".

Məsumə Məmmədli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı