"Evə gələndə deyirdi ki, mən şəhid olacağam" - ​Elvin İslamovun atası

Elvin İslamov Vətən müharibəsi başlanan ilk gündən cəbhəyə yollanıb. 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E. İslamov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Metbuat.az-ın məlumatına görə, şəhidin atası Elçin İslamov oğlu haqqında danışarkən bildirib ki, Elvin həlak olmamışdan qabaq ailəsinə şəhid olacağının mesajını verirdi:

“Elvin işə gedəndə bəzən bacısına “şəhidə belə qulluq etməzlər. Mən şəhid olacağam” deyirdi. Müharibədən əvvəl işlədiyi yerdən çıxdı. O ərəfədə pula da ehtiyacı var idi. Elvini tənbeh edirdim ki, bu vaxt işdən çıxmazlar. Elvin “ata, mən elə bir iş görəcəyəm ki, hamınız mənimlə fəxr edəcəksiniz" deyirdi. Bunların hamısı şifrəli sözlər idi. Onun şəhadətindən sonra düşünürsən ki, Elvin bizə mesaj verirdi. O bizi şəhid olacağına hazırlayırdı”.

Elçin İslamovun sözlərinə görə, anası Elvinin şəhid olduğunu öyrəndiyi gün onu yuxuda görüb:

“Elvin anasına deyib ki, qurbanlarını kəs, dostlarımla gəlmişəm. Buna görə də oğlum şəhid olanda iki qurban kəsdik”.

Baku Tv-nin sujetini təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı