Almaniyadakı Azərbaycan və Türkiyə diasporları 20 Yanvar faciəsinin ildönümünü qeyd ediblər (FOTO)

Almaniyadakı Azərbaycan və Türkiyə diasporları 20 Yanvar faciəsinin ildönümünü qeyd ediblər (FOTO)
19:33 19 Yanvar 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Almaniyanın Bilefeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Bilefeld Atatürkçü Düşüncə Dərnəyi 1990-cı ildə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar faciəsinə həsr olunmuş mərasim və sərgi təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Bilefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva 20 Yanvar faciəsinin tarixi, sovet qoşunlarının dinc sakinlərə qarşı həyata keçirdiyi insanlığa zidd hərbi təcavüz və hələ də bu cinayətə görə məsuliyyət daşıyanların cəzasız qalmasından danışıb.

Cəmiyyətin icraçı direktoru Faiq Məmmədov sovet imperiyasının ermənipərəst rəhbərləri başqa olmaqla Azərbaycana qarşı planlı şəkildə həyata keçirilmiş əməliyyatlardan danışıb. O, bildirib ki, 1988-ci ilin fevralında Sumqayıt hadisələrini təşkil edən Kreml, sonradan 20 Yanvar faciəsini reallaşdırmaqla Azərbaycan xalqına qarşı planlı şəkildə soyqırım aktı həyata keçirib. F.Məmmədov erməni daşnaklarının XX əsrin əvvəllərindən bəri eyni ssenari ilə hərəkət etdiyini, 1988-1990 və 1992-ci illərdə törətdikləri faciələrin də bu ssesnarinin tərkib hissəsi olduğunu söyləyib. O, Avropa dövlətlərini, beynəlxalq qurumları Azərbaycan xalqına qarşı vaxtaşırı həyata keçirilmiş faciələrə, soyqırımlara biganə qalmamağa, bu hadisələrə ədalətli qiymət verməyə çağırıb.

Bilefeld Atatürkçü Düşüncə Dərnəyi sədri Mehmet Ali Ölmez, Bilefeld Göy Məscidinin sədri Mehmet İrmaq və digəriləri çıxış edərək 20 Yanvar faciəsini, günahsız dinc insanlara zirehli texnika ilə hücum edilməsini insanlığa sığmayan cinayət olduğunu qeyd ediblər. Çıxış edənlər daha sonra ermənilərin İrəvan və Zəngəzurda azərbaycanlılara, türklərə qarşı törətdiyi ağlasığmaz vəhşiliklər barədə danışıblar. İştirakçılar Avropa İnsan Haqları Məhkəməsini, digər müvafiq beynəlxalq təşkilatları bütün bu cinayətlərə ədalətli qiymət verməyə səsləyiblər.

Tədbirdə Azərbaycan və Türkiyə diaspor nümayəndələri ilə yanaşı, Almaniya Sosialist Partiyasının Bilefeld şəhəri üzrə təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR