Bu şəhərdə qazın verilişi dayandırılacaq

Sabah Lerik şəhərində qazın verilişi dayandırılacaq.

Metbuat.az-ın məlumatına görə, Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xəttlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatı sabah saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR