Hakim VAR-ı izləyəndən sonra çıxışı ilə gündəm oldu - VİDEO

ABŞ çempionatında maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, MLS-də “Sent-Luis Siti” və “Atlanta Yunayted” arasında keçirilən görüş zamanı birinci hissənin bitməsinə bir neçə dəqiqə qalmış “Sent-Luis Siti” Nökvi Porissonun qolu ilə önə keçib. Lakin yan xətt hakimi bayrağını qaldırıb və epizodun ofsayd olduğuna qərar verib. VAR-dan gələn xəbərdarlıqla baş hakim Filip Dujic epizodun təkrarına baxıb və üzərindəki mikrofonla ofsayd qərarının yanlış olduğunu elan edib.

Bu zaman azarkeşlər qola sevinməyə başlayıblar. Lakin baş hakim qısa müddət sonra sözlərinə davam edib və ofsayd olmasa da, qoldan əvvəl qayda pozuntusunun qeydə alındığını bildirib. Beləliklə qol ləğv edilib. Baş hakimin davranışı dünya mediasında müzakirələrə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı