Bu il TƏBİB-ə nə qədər müraciət olub? - RƏSMİ

2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub. Onlardan 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u təklifdən ibarət olub.

Metbuat.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov deyib. Onun sözlərinə görə, digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 olub:

"Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR