​Bu şəxslər günəş kremindən istifadə etməməlidir - Kosmetoloq

Yay aylarında olduğumuzu nəzərə alaraq, deyə bilərik ki, çoxumuz günəş kremlərindən istifadə edirik. Bəs, onların dərimiz üçün faydaları və ziyanları nədir?

Bu barədə Metbuat.az-a danışan həkim-kosmetoloq Taliə Qasımova bildirib ki, günəş kremləri tərkibinə görə 2 cür olur: Fiziki və kimyəvi. Fiziki günəş kremləri şüanı dəri üzərindən zərərsizləşdirərək geri qaytarır, amma kimyəvi isə şüanı dəri səthində udur və içəridə zərərsizləşdirir. Ona görə də bu, hamilə, süd verən analara olmaz:

"Qışda bizdə o qədər də soyuq olmadığı üçün 30+ günəş kremini hər kəs istifadə etməlidir, bu bəs edir. Dəri tipinə görə, dərisində yanıq riski olan insanlar daha çox istifadə etməlidirlər və iki saatdan bir yeniləməlidirlər. Bu, daha çox dərisi ağ olan insanlara aiddir. Hansı ki, dərisi tünd olanlarda gnəş yanığı piqment ləkəsi qoyur. O insanlar ki qızarırlar, qararmırlar, günəşdən yanırlar, onlar günəş kremi vurmağı iki saatdan bir təkrarlamalıdırlar. Bunun üçün 50 SPF bəs edir, ondan yüksək göstərilənlər o qədər də doğru deyil. 50+ hər bir insan üçün bəs edir. Kremdən istifadə etmədikdə dəri qırışır, piqment ləkələri əmələ gəlir, dəri qocalır və nəmliyini itirir.

Günəş kreminin dəridə səpkilər əmələ gətirməsi də var. Bu da günəş kreminin dəridə yaxşı tənzimlənməməsi ilə bağlıdır. Ona görə də, axşamlar dərimizdən günəş kremini təmizləyəndə hidrofil yağla təmizləmək lazımdır ki, dəridən çıxsın".

Məsumə Məmmədli \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı