İşğaldan azad edilmiş ərazilərə 16 milyard pul ayrılıb

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb.

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib.

"Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyirik və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərir", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı