Turizm sahəsində yeni dövlət standartları qəbul ediləcək

Azərbaycanda turizm sahəsində beynəlxalq təcrübə əsasında yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

"Hazırda Azərbaycanda turizm sahəsində 7 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart mövcuddur. Hazırda yeni standartlar hazırlanır. Yəqin ki, onlar bu il qəbul ediləcək", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı