“Real”ın futbolçusu “Napoli”yə keçdi

“Real Madrid”in müdafiəçisi Rafa Marin karyerasını “Napoli”də davam etdirəcək.

Metbuat.az xəbər verir ki, razılaşmaya əsasən müqaviləyə 22 yaşlı ispaniyalının geri alınması variantı da daxil olacaq.

Qeyd edək ki, Marin “Real Madrid”in yetirməsidir. O, ötən mövsüm “Alaves”də icarə əsasında çıxış edib. Müdafiəçi komandanın heyətində 35 oyun keçirib, heç bir qol vurmayıb.

Marinin “Real”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 7,5 milyon avro qiymətləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR