“Fənərbaxça” və “Yuventus” arasında futbolçu mübadiləsi

“Fənərbaxça”da çıxış edən Ferdi Kadıoğlu Avropanın önəmli komandalarının transfer siyahısındadır.

Metbuat.az xəbər verir ki, AVRO 2024-də uğurlu çıxış edən futbolçu ilə "Yuventus" klubu maraqlanır. İtaliya mətbuatında yer alan xəbərə görə, "Fənərbaxça"da "Yuventus"dan Ueston Makkennini transfer etmək istəyir. Makkenninin "Yuventus"un yeni baş məşqçisi Tiaqo Mottanın planları arasında olmadığı və onun Ferdi Kadıoğlunun transferi müqabilində təklif edildiyi iddia edilib.

Digər tərəfdən, Ferdi Kadıoğlu ilə maraqlanan digər komandalar kimi “Liverpul” “Arsenal” və “Borussiya Dortmund” klublarının da maraqlandığı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR