Göyçayda traktor velosipedçini vurdu

Göyçay rayonunda traktor velosipedçini vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində iyulun 12-si saat 17 radələrində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi - 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR