Toya getmişdi, faciəvi şəkildə öldü

Qazax sakini Ağstafa Su anbarında batıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu su anbarının Bala Cəfərli kənd ərazisinə düşən hissəsində çimərkən boğulub.

Onun həmin kəndə toy üçün getdiyi bildirilir.

H. Mədətin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı