Azərbaycanda əhalinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10197146 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı