Azərbaycanda bu ilin yanvar-may aylarında 25 519 ölüm halı qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə əhalinin hər 1000 nəfəri üzrə bu göstərici azalaraq 6,2-dən 6,0-a düşüb.