Terimdən sürpriz imza - Ulduzlardan ibarət heyətə rəhbərlik edəcək

Türkiyəli məşqçi Fatih Terimin Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına başçılıq edəcəyi iddia edilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflərin ilkin danışıqlar apardığı deyilir. Fatih Terimin Səudiyyə klubuna razılıq verdiyi irəli sürülür. Rəsmi danışıqlar hələlik aparılmayıb.

Qeyd edək ki, Fatih Terimin sonuncu iş yeri "Panatinaikos" olub. "Panatinaikos"la çempion ola bilməyən Terim klubdan ayrılıb. "Panatinaikos" Fatih Terimin rəhbərliyi altında keçirdiyi 26 matçda 13 qələbə, 6 heç-heçə və 7 məğlubiyyət əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı