Azerbaijan Flowers Company beynəlxalq layihədə parlayanlardan oldu

Sovet hakimiyyəti dövründən Azərbaycan qızılgül yetişdirilməsi üzrə ixtisaslaşmışdır. SSRİ-nin qızılgül tələbatını keyfiyyətli gülləri ilə məhz ölkəmiz ödəyirdi. Bu ənənə bu gün də davam etməkdədir. Azerbaijan Flowers Company ölkəmizdə qızılgül yetişdirmək ənənəsini bərpa etməklə gül biznesinə müasir yanaşma tətbiq edir.

Azerbaijan Flowers Company LU-MUN və ISR Holding-in birgə əməkdaşlığı ilə ərsəyə gəlmiş gənc və perspektivli layihədir. Şirkətin Baku Roses brendi Azərbaycanın qızılgül bazarında lider mövqe tutur.

Qızılgüllər Qala kəndində 3 hektar ərazidə yerləşən istixanalarda yetişdirilir. Hava Limanına yaxın olduğu üçün çiçəklərin həm ölkə daxilinə, həm də xaricə mümkün qədər təzə çatdırılmasına zəmanət verilir. Təcrübəli işçi heyəti və innovativ Hollandiya istehsal texnologiyaları beynəlxalq keyfiyyət standartlarına cavab verən çiçəklər yetişdirmək üçün şərait yaradır.

Azerbaijan Flowers Company ölkəmizdə bu gün ən çox çeşidi
olan 11 tək baş və 6 sprey qızılgül sortlarından ibarət şirkətdir.

Şirkət üçün parlaq qırmızı qızılgül Alovun unikal çeşidi və ən zərif pion qızılgülləri Niderlandda yetişdirilir. Yerli bazarda yalnız şirkət tərəfindən yetişdirilən pion çeşidi satışdadır.

Eyni zamanda sosial məsuliyyətə sadiqliyi ilə tanınan şirkət, mütəmadi olaraq bu sahədə müxtəlif layihələr həyata keçirir, ətraf mühitin və təbii sərvətlərin qayğısına qalır.

Azerbaijan Flowers Company, 3 İyul 2024-cü il tarixində beynəlxalq “Millionaire Concept Gala” layihəsində ilin “The Successful Flowers Brand of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı