Aşurada günün birinci yarısında 611 litr qan toplandı

“Aşura günü” könüllü olaraq qanvermə aksiyaları davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir:

    "Aksiyalar səhər 9:00-dan başlanıb.

    Saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR