Ağac budağı ilə xilas etməyə çalışıblar: Gəncin ölümünün təfərrüatları - FOTO

Kür çayında batan gənclə bağlı bəzi detallar məlum olub.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə zamanı Səid Məmmədəliyev tək olmayıb.

Sakinlər bildiriblər ki, hava isti olduğu üçün ərazidə gəzən Səid və dostları sərinləmək məqsədilə Kür çayına atılıblar. Lakin Səid üzməyi bacarmadığından boğulmağa başlayıb, bu zaman yanındakı dostları onu xilas etmək üçün ağac budağı atıblar. Lakin Səidi xilas edə bilməyiblər.

Qeyd edək ki, Səid Məmmədəliyev evin böyük oğludur, onun atası isə yataq xəstəsidir, ailə əslən Zərdabın Gəlmə kəndindəndir.

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan 2 nəfərin - 1988-ci il təvəllüdlü Elxan Sakit oğlu Sadıqov və 1989-cu il təvəllüdlü Tural Hüseyn oğlu Quliyevin axtarışları hələ də Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı