Fazil Mustafa bu dairəni seçdi

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək.

Metbuat.az xəbər verir ki, o, 26 saylı I Sabunçu seçki dairəsindən namizədliyini irəli sürüb.

Fazil Mustafa bununla bağlı qərarını sosial şəbəkədəki şəxsi hesabında açıqlayıb.

“26 saylı I Sabunçu seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd kimi topladığımız imza vərəqlərini digər zəruri sənədlərlə birgə dairə seçki komissiyasına təhvil verdim. Məmləkətimizə, dövlətimizə, partiyamıza və vətəndaşlarımıza xidmətin yeni mərhələsinə qədəm qoyuruq. Bakıxanov qəsəbəsi seçicilərinə imza toplama mərhələsində göstərdikləri həssaslıq və dəstəyə görə minnətdaram. Xeyirli olsun!”.

Qeyd edək ki, partiya sədri ötən çağırışda da eyni dairədən deputat seçilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı