Ruslar məşhur bakılının adını "tarixdən" sildilər - FOTO

Rusiya Federasiyasının keçmiş mədəniyyət naziri Vladimir Medinskinin yazdığı 11-ci sinif yeni tarix dərsliyində şahmat üzrə dünya çempionları siyahısında Harri Kasparovun adı qeyd edilməyib.

Metbuat.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Kitabda “1964-1985-ci illərdə ideologiya və mədəniyyət” bölməsinin şahmatla bağlı hissəsində Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski və Anatoli Karpovun adları verilib. Lakin A.Karpovun 1985-ci ildə dünya çempionu titulunu Harri Kasparova uduzması kitabda qeyd olunmur.

H.Kasparov müxalif fikirləri və Rusiya Prezidenti Vladimir Putini sərt tənqid etməsi ilə tanınır. O, bir sıra müxalifət hərəkatlarına qatılıb və ardıcıl olaraq Rusiya hakimiyyətini tənqid edib. 2013-cü ilin iyununda Kasparov Rusiyanı tərk etdiyini və beynəlxalq aləmdə “Putin rejimi” ilə mübarizəni davam etdirəcəyini bildirib.

2024-cü il aprelin 4-də Sıktıvkar şəhər məhkəməsi Kasparovu terrorçu birlik yaratmaq, terror fəaliyyətini maliyyələşdirmək və terrorizmə açıq çağırışlar etmək ittihamı ilə qiyabi həbs edib.

Qeyd edək ki, H.Kasparov 1961-ci ildə Bakıda doğulsa da, ermənipərəst mövqeyi ilə tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı