İlyas Hüseynov deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Tanınmış politoloq, STM-in sektor müdiri İlyas Hüseynov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə İlyas Hüseynov özü bildirib.

Ötən parlament seçkilərində deputatlığa namizəd kimi iştirak edən politoloq budəfəki seçkidə namizəd olmayacaq və hakim YAP partiyasının namizədlərini dəstəkləyəcək:

"Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 125 dairədən namizədlərinin irəli sürüldüyü və partiyanın vahid qərarı olduğu üçün mən də həmin namizədləri dəstəkləyəcəyəm. Bununla yanaşı, ölkəmizin apardığı informasiya savaşında partiyamızın televiziyası “Yeni TV”də mütəmadi olaraq fəal çıxışlar edir və partiyamızın əsas mətbu orqanlarından olan “Yeni Azərbaycan” qəzetinin nəzdində fəaliyyət göstərən “Yeni Azərbaycan TV”də rus dilində yayımlanan “Ваш Собеседник” (Sizin müsahib) proqramının aparıcı kimi fəaliyyət göstərirəm. Ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyimə, ölkəmizin daxilində və onun hüdudlarından kənarda elmi konfrans və forumlarda milli maraqlarımızı qətiyyətlə qoruduğuma, yerli və xarici mediada müxtəlif dillərdə fəal və intensiv çıxışlarıma əsasən hakim partiyanın parlament seçkilərində namizədləri sırasına düşəcəyimə ümid edirdim. Bildirmək istəyirəm ki, qurucusu Ulu Öndərimiz Heydər Əliyev, sədri cənab Prezident İlham Əliyev olan partiyamızın üzvü olduğum üçün YAP namizədlərini dəstəkləmək borcumdur. Ümid edirəm ki, qarşıdakı elmi, pedaqoji və akademik fəaliyyətimlə mənə olan inam və etimadı doğruldaraq partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəyəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı