“Son zəng”də avtoxuliqanlıq edənlər cəzalandırıldı

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən Metbuat.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.

    “Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.

    Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR