Qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır

Xırdalanda qatar vurması nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və onun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı