"Real"ın yeni hədəfi bəlli oldu

Almaniyanın "Borussiya" (Dortmund) kollektivindən ayrılan Mats Hummels İspaniya təmsilçisi "Real"a (Madrid) keçə bilər.

Metbuat.az xəbər verir ki, "Kral klubu" 35 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Azad agent statusu daşıyan almaniyalı futbolçunun hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, karyerası boyunca 701 matça çıxan M.Hummels 59 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR