Arda qılıncını çəkdi - “Buraxın gedim”

“Real Madrid”in futbolçusu Arda Gülerin klubdan ayrılmaq istədiyi iddia edilib.

Metbuat.az xəbər verir ki, Ardanın bu barədə klub rəhbərliyi ilə danışdığı deyilir. "Diario Sport"da dərc olunan xəbərdə deyilir ki, Arda Güler AVRO-2024-də böyük istedada malik olduğunu nümayiş etdirsə də, baş məşqçi Karlo Ançelotti ona “Real”ın əsas heyətində yer vermək istəmir. Bildirilir ki, Arda ötən mövsüm olduğu kimi ehtiyatda qalmaq istəmir. Futbolçu rəhbərliyi onu icarəyə göndərməyə məcbur edir. Arda hücum mövqeyində son hücumçu hesab edilir.

Mbappe, Vinisius və Rodriqo onu qabaqlayır. Brahim də ondan üstündür. Arda yarımmüdafiəçi kimi isə Bellinqhemlə rəqabət aparmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı