Benzin və dizelin sərfiyyatı artıb? - AÇIQLAMA

Benzinin və dizelin qiymətinin artımından sonra bəzi sürücülər istifadə etdikləri Aİ-92 və dizel yanacağının sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini iddia edirlər.

Metbuat.az xəbər verir ki, avtomobil ustaları da son vaxtlar sürücülərin avtomobillərdə benzinin və dizelin sərfiyyatının artması ilə bağlı müraciətlərinin artdığını deyir.

Məsələ ilə bağlı Dövlət Neft Şirkətindən bildirilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 etilsiz avtomobil benzinləri texniki standartlarına cavab verir:

“Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər".

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR