Pezeşkianın prezidentliyi rəsmən təsdiqləndi

İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi xəbər verib.

Məlumata əsasən, mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına və idarə rəsmilərinə uğurlu keçirdikləri üçün təşəkkür edib. Ayətullah Xamenei daha sonra M.Pezeşkiyanın İran İslam Respublikasının 9-cu prezidenti elan edilməsi haqqında fərmanı səsləndirib.

Qeyd edək ki, M.Pezeşkianin iyulun 30-da İran parlamentində andiçməsi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı