"Qarabağ" bu gün cavab matçına çıxır

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı