"Real" və "Barselona" bu futbolçu üçün transfer savaşına başladı

Almaniyanın parlayan gənc ulduzu Florian Virtz üçün yeni iddia irəli sürülüb.

Metbuat.az xəbər verir ki, “Bayer Leverkuzen”in tarixi çempionluğunda göstərdiyi performansla komandanın önəmli futbolçularından olan Florian Virtz Avropa nəhənglərinin transfer siyahısında yer alıb. “Fichajes”in xəbərinə görə, Kroos, Virtzin “Real Madrid”ə transferi üçün işlər aparır. Futbolçunun gələn mövsüm “Bayer Leverkuzen”dən ayrılacağı qeyd edilir.

Qeyd edək ki, “Barselona”nın “Real Madrid”i qabaqlayaraq Florian Virtzi transfer etmək istədiyi irəli sürülür. İndiyədək karyerasında 180 matça çıxan Virtz 55 qol vurub, 56 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR