23 yaşlı oğlan güllələndi, 83 yaşlı atası saxlanıldı

Qusar rayonu ərazisində iyulun 30-da səhər saatlarında rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı