Türkiyədən Haniyənin öldürülməsinə reaksiya

Türkiyə XİN HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama yayıb.

Metbuat.az bildirir ki, bəyanatda qeyd edilib:

“Netanyahu hökuməti sülh niyyətində olmadığını növbəti dəfə göz önündə sərgilədi. Bu hücum Qəzza məsələsini regional müstəvidə genişləndirməyi hədəfləyirlər. Beynəlxalq toplum İsraili dayandırmaq üçün hərəkətə keçməyəcəyi təqdirdə bölgəmiz bundan daha çox böyük qarşıdurmalara şahid olacaq”.

Xatırladaq ki, HƏMAS rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahının vurulması nəticəsində o və bir cangüdəni həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı