Ərdoğan Haniyənin ailəsi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailəsi ilə əlaqə saxlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Haniyənin həyat yoldaşı və övladlarına başsağlığı verib.

Qeyd edək ki, İsmayıl Həniyyənin Tehrandakı iqamətgahının vurulması nəticəsində o və bir cangüdəni həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı