Arslan Növrəsliyə vəzifə verildi

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə tarzən Arslan Növrəsli İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunub.

Metbuat.az bildirir ki, Arslan Növrəsli tar aləti ifaçılığı tarixində ilk dəfə olaraq harmonik jazz standartları tətbiq edərək alətin ifa imkanlarını daha da genişləndirmiş tarzəndir. O, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının bakalavr və magistr pillələrini tar ixtisası üzrə bitirmişdir.

O, bu təyinata qədər müxtəlif illərdə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Respublika Uşaq Gənclər İncəsənət Mərkəzinin baş mütəxəssisi, H.Əliyev adına Müasir Təhsil Kompleksi və AMK nəzdində İncəsənət Gimnaziyasının müəllimi olaraq fəaliyyət göstərmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR