"Zirə"nin növbəti mərhələdəki rəqibi bəlli oldu

"DAK 1904"ü məğlub edərək növbəti raunda vəsiqə qazanan "Zirə"nin Konfrans Liqasının III Təsnifat mərhələsindəki rəqibi bəllidir.

Metbuat.az xəbər verir ki, "qartallar" növbəti raundda Xorvatiya komandası "Osiyek"lə qarşılaşacaq. "Zirə" ilk oyunu avqustun 8-də səfərdə keçirəcək. Cavab oyunu isə 1 həftə sonra - 15 avqustda Bakıda baş tutacaq.

Qeyd edək ki, "Zirə" II Təsnifat mərhələsində Sloveniyanın "DAK 1904" kollektivinə 2:1 (ilk oyun 4:0) hesabla qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR