Ukrayna müdafiə naziri Türkiyəyə səfər etdi

Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyəyə gedib.

Metbuat.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşüm oldu. Görüş uzun və məhsuldar keçdi. Biz ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Biz konkret razılaşmalar və nəticələr əldə etdik. Dəstək üçün Türkiyəyə təşəkkür edirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı