Ana və azyaşlı qızı faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüb. Hadisə Şirvan şəhərində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı övladı beşmərtəbəli binadan yıxılaraq ölüblər.

Metbuat.az Report-a istinadən bildirir ki, ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib. Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir. Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı