Xətaidə ağac aşdı - FOTO

Bakıda qeyri-sabit hava şəraiti davam edir.

Metbuat.az-ın məlumatına görə, gecə saatlarından etibarən paytaxtda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

Xətai metrosunun yaxınlığında küləyin təsirindən ağac yola aşıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, aprelin 16-sı gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin arabir 25-30 m/s-yə çatacağı gözlənilir. Hava şəraitinin qeyri-sabit keçəcəyi və küləyin təsirindən bəzi ərazilərdə ağacların aşma, elektrik xətlərində qırılma halları mümkündür.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı