Türkiyədə inflyasiya azaldı

Türkiyədə illik inflyasiya yenidən azalıb.

Metbuat.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin iyul ayında illik inflyasiya 61.78% təşkil edib.

İyun ayında bu rəqəm 71.60% təşkil etmişdi. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.23%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 28.76% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı