Türk idmançı ilə Maskın dialoqu gündəm oldu - FOTO

Parisdə keçirilən Yay Olimpiya oyunlarında 10 metrə pnevmatik silahla atışda Türkiyəyə gümüş medal qazandıran və atış sırasındakı duruşu ilə dünyada gündəm olan Yusuf Dikeç "X" sosial şəbəkəsində Elon Maska sual yönləndirib.

Metbuat.az bildirir ki, türk idmançı qeyd edib:

"Salam Elon, sizcə gələcəyin robotları əlləri ciblərində olimpiyadalarda medal qazana biləcək? Bu barədə qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə aparmağa nə deyirsiniz?"

Elon Maskın buna cavabı da gecikməyib. O, paylaşıma cavab olaraq yazıb:

"Robotlar hər zaman hədəfi tam ortadan vuracaq. İstanbula gəlməyi səbrsizliklə gözləyirəm. Dünyanın ən böyük şəhərlərindən biridir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR