İran regional eskalasiyanı yox, İsraili “cəzalandırmaq” istəyir - Nasir Kənani

"İran regional gərginliyi artırmaq niyyətində deyil, lakin hesab edir ki, İsraili daha da qeyri-sabitliyin qarşısını almaq üçün cəzalandırmalıdır".

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

Kənani ABŞ-ni İsrailə dəstəyi dayandırmağa çağıraraq beynəlxalq ictimaiyyətin regionda sabitliyi qorumaq vəzifəsini yerinə yetirmədiyini və "təcavüzkarın cəzalandırılmasını" dəstəkləməli olduğunu bildirib.

İranın Xarici İşlər Nazirliyi Tehranda yaşayan səfirləri və missiya rəhbərlərini xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqeri Kani ilə görüşə çağıraraq, İranın İsrailə cavab vermək iradəsini təkrarlayıb. Kənani deyib ki, Həniyənin öldürülməsi və İranın cavabını müzakirə etmək üçün İranın tələbi ilə çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək.

Qeyd edək ki, Tehran və İrana bağlı HƏMAS və Hizbullah kimi qruplar İsraili iyulun 31-də İran paytaxtında Həniyəni öldürməkdə günahlandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı