Genişmiqyaslı müharibə olacağı gözlənilmir - Ekspert

"Bu gün İsrail ordusu şəxsi heyət, yüngül silahlar və digər parametrlər üzrə İran ordusundan geri qalmır. Bəzi parametrlərdə, xüsusilə də, idarə olunan sursatların sayında, aviasiya vasitələrinin imkanlarında, hava hücümundan müdafiə sisteminin təşkilinə görə İrandan daha üstündür".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, İsrail qeyri-rəsmi olaraq nüvə silahını əldə edib:

"İran isə bu istiqamətdə fəaliyyətlərini intensiv şəkildə davam etdirir. Genişmiqyaslı müharibə olacağı gözlənilmir. Çünki buna ABŞ, Fransa və Britaniya imkan verməyəcək. Onların hazırda dəniz qüvvələrinin kifayət qədər böyük potensiala malik gəmiləri İran ərazisinə, quru sərhədlərinə dəniz vasitəsilə yaxınlaşırlar".

Ekspertin sözlərinə görə, istənilən halda İsrailin bu münaqişədən məğlub halda çıxacağı gözlənilən deyil:

"İsrailə qarşı addımlar atmaq üçün İran heç cür risk etmir. Çünki İran İsrailə qarşı addımlarını dəstəkləyən koalisiya formalaşdıra bilmir. İsrailin isə koalisiyası demək olar ki, əvvəlcədən hazır idi. Dəfələrlə İsrail İran ərazilərinə birbaşa müdaxilələr edib. Öz maraqlarına uyğun gəlməyən siyasətçiləri, atom fizikası ilə məşğul olan alimləri sıradan çıxarıb. İranın da buna cavabı o qədər də adekvat hesab olunmayıb. Bu dəfə də vəziyyət əvvəlkilərdən çox fərqlənməyəcək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı