Dincəlməyə gəlmişdi, faciəvi şəkildə öldü - FOTO

Masallıda çayda çimən gənc boğulub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Yardımlı rayonundan Masallıda İsti-Suya dincəlməyə gələn 22 yaşlı Elgün Məmmədov çayda çimərkən boğularaq ölüb. Onun meyitini ətrafdakılar sudan çıxarıb.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı