ABŞ-dən İrana cavab - Qırıcılar havaya qalxdı

ABŞ İranın İsrailə mümkün hücumuna hazırlıq məqsədilə Yaxın Şərqdəki bazasına döyüş təyyarələri göndərib.

Metbuat.az "The Times of Israel"ə istinadən xəbər verir ki, ona yaxın F/A-18 döyüş təyyarəsi və "E-2D Hawkeye" kəşfiyyat təyyarəsi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazasına çatıb.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin bölgədə hərbi varlığın artırılmasına göstəriş verib, çünki rəsmilər Livanda yüksək rütbəli Hizbullah komandirinin və İranda HƏMAS-ın yüksək rütbəli siyasi lideri İsmayıl Haniyənin ötən həftə öldürülməsindən sonra Yaxın Şərqdə gərginliyin artmasından narahatdırlar.

Məlumata görə, bütün hərbi təyyarələrin bazada nə qədər qalacağı bəlli deyil. Bu, növbəti bir neçə gün ərzində vəziyyətin necə inkişaf edəcəyindən asılı ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı