Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlandı

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi (bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla) 21 milyard 870,9 milyon kubmetr təşkil edib.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, təbii qaz üzrə ehtiyatların 27,5 %-i ölkə daxilində istehlak edilib, 59,8 %-i ixrac olunub, 2,5 %-i itkiyə gedib, 10,2 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 %-i istehsal ehtiyaclarına sərf edilib, 40,2 %-i isə əhaliyə satılıb.

Yanvar-iyun aylarında 13 milyard 079,6 milyon kubmetr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 % çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 milyard 420,4 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 % az təbii qaz istehlak edilib, onun 37,9 %-i Bakı şəhərinin, 3,1 %-i Naxçıvan Muxtar Respublikasının, 11,7 %-i Abşeron-Xızı, 6 %-i Gəncə-Daşkəsən, hər biri 5,7 % olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 %-i Qazax-Tovuz, 5 %-i Şəki-Zaqatala, 4,9 %-i Quba-Xaçmaz, 4,6 %-i Qarabağ, 3,8 %-i Mil-Muğan, 3,6 %-i Şirvan-Salyan, 2,5 %-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı