"Fənərbağça" İlkay üçün rekord məbləği gözdən çıxardı

İstanbulun "Fənərbağça" klubu "Barselona"da forma geyinən İlkay Gündoğanın keçidini həll etmək istəyir.

Metbuat.az "El Nacional"a istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Joza Mourinyo "Barselona"nın oyunçu satmaq ehtiyacından faydalanaraq, Gündoğanı heyətinə qatmaqda maraqlıdır.

İspaniyadakı ilk ilində uğurlu performans sərgiləyən türk əsilli alman futbolçunun bir neçə ay sonra 34 yaşa girəcəyi və mövqeyində alternativlərin olmasından dolayı satıla biləcəyi deyilir. Eyni zamanda, futbolçunun bir neçə komanda yoldaşı ilə münasibətlərinin pis olduğu iddia edilir.

İstanbul təmsilçisinin Gündoğan üçün kataloniyalılara 20 milyon avro təklif etdiyi bildirilir. Lakin "Barselona" rəhbərliyi oyunçunun satışından daha çox gəlir qazanmağı ümid edir. Belə ki, Gündoğan üçün elçi düşən Səudiyyə klubları türk klubunun təklif etdiyi məbləğdən 2 dəfə daha çox verməyə hazırdır.

Xatırladaq ki, Almaniya millisinin futbolçusunun adı daha əvvəl digər İstanbul təmsilçisi "Qalatasaray" ilə hallanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı