Rusiyada qeyri-neft gəlirləri artdı

Bu ilin 7 ayında Rusiyanın qeyri-neft gəlirləri ötən illə müqayisədə 25,5 faiz artaraq 12,9 trilyon rubla, neft və təbii qaz gəlirləri isə 61,6 faiz artaraq 6,8 trilyon rubla çatıb.

Metbuat.az bildirir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin verdiyi yazılı açıqlamada qeyd edilib. Məlumata görə, dövlət büdcəsinin ümumi gəlirləri 35,9 faiz artaraq 19,7 trilyon rubl olub. Büdcədə 1,3 trilyon rubl kəsir yaranıb.

Açıqlamada neft və təbii qazdan başqa gəlir mənbələrində müsbət və sabit bir tendensiya olduğu, ilin sonuna qədər bu maddələr üzrə gəlirlərin artacağının gözlənildiyi bildirilib.

2023-cü ildə büdcədə 3,24 trilyon rubl kəsir olacağı təxmin edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı