Azərbaycan taekvondoçusu finala yüksəldi - FOTO

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 58 kiloqramda mübarizə aparan idmançı finala vəsiqə uğrunda qarşılaşmada italiyalı Vito Akvilanı sınağa çəkib.

Rəqibini 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.

Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı