Kursk vilayətində fövqəladə vəziyyət elan edildi

Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.

    Rejim düşmən qüvvələrinin region ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün tətbiq edilib.

    Smirnovun sözlərinə görə, sərhədyanı ərazilərdə çətin əməliyyat vəziyyəti qalmaqdadır.

    Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu dünən, avqustun 6-dan başlayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı