Bu, Putinin mövqeyini zəiflətdi - Bloomberg

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki uğurlu əməliyyatları İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq başqa ölkənin ordusunun Rusiyaya hücumu olub.

Metbuat.az bildirir ki, bu barədə "Bloomberg" yazır. Məqalədə qeyd edilir ki, Ukraynanın işğalı Rusiya hərbçilərini təəccübləndirdi və Vladimir Putinin mövqeyini zəiflətdi:

"Bu əməliyyat Rusiya sərhədlərinin müdafiəsinin zəifliyini üzə çıxardı və ukraynalıların əhval-ruhiyyəsini yüksəltdi. Həmçinin, Kreml tərəfindən qurulan Putinin sadə rusların himayədarı kimi imicini sarsıtdı".

Qeyd edək ki, ötən gün KİV-də yayılan məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı